Fizika hazırlığı

Bir dönəm uğur qazanmaq üçün əziyyət çəkməsəniz, bir ömür uğursuzluğun əziyyətini çəkmiş olacaqsınız! Seyran Əliyev

Blog üzrə axtar

вторник, 22 февраля 2022 г.

Mexaniki rəqslər

 Rəqslər

Müəyyən zaman fəasiləsindən sonra təkrarlanan və tarazlıq vəziyyəti ətrafında baş verən hərəkətə rəqsi hərəkət deyilir. 

Hər bir rəqsi hərəkətin tarazlıq vəziyyəti olur. Bu vəziyyətdə cismə təsir edən qüvvə sıfıra bərabərdir. Rəqs edən cismin tarazlıq vəziyyətinə qədər olan məsafəsi yerdəyişmə adlanır. Tarazlıq vəziyyətindən uzaqlaşan cismə bu cismi tarazlıq vəziyyətinə qaytaran qüvvə təsir edir. Bu qüvvə cismi tarazlıq vəziyyətinə doğru yönəlib və cismin yerdəyişməsi ilə düz mütənasibdir: . 

Cismin tarazlıq vəziyyətindən ən böyük uzaqlaşdığı məsafə rəqsin amplitudu adlanır.

Rəqsin amplitudu 

-  А və ya xm hərfi ilə işarə olunur. 
-  ölçü vahidi: [A] = 1 m-dir.

Mexaniki rəqslərin baş vermə şərtləri:

          -  Tarazlıq vəziyyəti olmalıdır. Tarazlıq vəziyyətində qüvvə sıfıra bərabərdir.
          -  Cismi tarazlıq vəziyyətindən çıxaranda tarazlıq vəziyyətinə doğru yönəlmiş F = –kx qüvvəsi yaranmalıdır. 
          -  Rəqsi hərəkət zamanı cismə təsir edən Fx qüvvəsinin x 
yerdəyişmədən asılılıq qrafiki: 
              -  Nyutonun ikinci qanununa əsasən, F= –kx qüvvəsinin təsiri ilə rəqs edən cisim ma= –kx düsturuna əsasən təcil alacaq.
              -  Rəqsi hərəkət zamanı sürtünmə və müqavimət qüvvələri kiçik olmalıdır.

Rəqsi hərəkət sistemlərinə misal olaraq riyazi və yaylı rəqqasları göstərmək olar.

Cismi tarazlıq vəziyyətindən sol amplitud vəziyyətinə qədər uzaqlaşdıraq. 

Amplitud vəziyyətində 

  • Cismi tarazlıq vəziyyətinə qaytarmağa çalışan qüvvə maksimaldır F = Fmax
  • Cismin sürəti sıfıra bərabərdir υ = 0

Cismi buraxsaq cisim tarazlıq vəziyyətinə doğru hərəkətə başlayacaq. 

Cismin tarazlıq vəziyyətinə doğru hərəkəti zamanı

  • Sürət artır υ↑, 
  • Cismin tarazlıq vəziyyətindən olan yerdəyişməsi azaldığı üçün müəyyən olunur ki F = –kxdüsturuna əsasən qüvvə F↓ azalır
  •  düsturuna əsasən cismin təcili azalır. 

Deməli, amplitud vəziyyətindən tarazlıq vəziyyətinə qədər cismin hərəkəti – azalan təcillə yeyinləşəndir.


Cisim tarazlıq vəziyyətini keçən anda

·Sürət maksimal qiymət alacaq: υ=υmax

·Qüvvə və təcil sıfıra qədər azalır: F=0 və a=0.

·Ətalətliyə görə cisim tarazlıq vəziyyətində  dayanmır və hərəkətini davam edir. 

Tarazlıq vəziyyətini keçən cisim sağ amplitud vəziyyətinə doğru həkəkət edir. 


Cismin tarazlıq vəziyyətindən uzaqlaşması zamanı

  • Qüvvə hərəkətin əksinə – tarazlıq vəziyyətinə doğru yönəlib, ona görə də cismin sürəti azalır υ↓. 
  • Eyni zamanda Fx qüvvəsi artır, ona görə ki cismin tarazlıq vəziyyətindən yerdəyişməsi artır. 
  •  düsturuna əsasən cismin təcili də artır. 

Deməli, rəqs edən cismin tarazlıq vəziyyətindən sağ amplitud vəziyyətinə hərəkəti – artan təcillə yavaşıyandır

Cisim yavaşıyan hərəkət edərək, sağ amplitud vəziyyətində dayanır. 


Bu vəziyyətdə 

  • Sürət sıfıra bərabərdir: υ = 0.
  • Qüvvə və təcil öz maksimal vəziyyətinə çatır: F = Fmaxa = amax. 

Yuxarıda qeyd olunanları qısaca cədvəldə göstərək:



Müəllif: 

Комментариев нет:

Отправить комментарий