Mexaniki güc
Görülən işin, bu işin görülməsinə sərf olunan zamana nisbətinə bərabər olan fiziki kəmiyyətə güc deyilir:
Güc
- İşin görülmə yeyinliyidir.
- Skalyar kəmiyyətdir.
- ölçü vahidi:
Praktikada gücün sonrakı ölçü vahidləri də istifadə olunur:
- 1 kVt = 1000 Vt,
- 1 MVt = 1000000 Vt,
- 1 mVt = 0,001 Vt.
Mexaniki iş gücün zamana hasilinə bərabərdir:
İş = güc∙zaman ⇔ A = N∙t.
Tutaq ki, cisim sabit qüvvənin təsiri istiqamətində düzxətli bərabərsürətli hərəkət edir. Onda bu qüvvənin işinin A=Fs və getdiyi yolun s = υt düsturlarını düsturunda yerinə qoysaq, alırıq
Cismin bərabərsürətli hərəkəti zamanı sabit qüvvənin yaratdığı güc.
N = F ∙ υ.
Avtomobilin mühərrikinin sabit qiymətində dartı qüvvəsi cismin sürəti ilə tərs mütənasibdir:

Sabit gücdə yaranan böyük dartı qüvvəsi, sürətin böyük qiymətinə uyğundur.
Əgər avtomobil düzxətli bərabərsürətli hərəkət edirsə, onda onda dartı və sürtünmə qüvvələrin işi əksdir:
Ad = –As.
Dartı qüvvəsi müsbət iş görür:
Ad=Fd∙s.
Sürtünmə qüvvəsi mənfi iş görür:
Asür = – Fsür ∙ s.
Əgər gücün zamandan asılılığı qrafik vasitəsi ilə verilibsə, onda qrafikin altındakı sahə ədədi qiymətcə mexaniki işə bərabərdir:
İş= Sahə(N,t)
Müəllif: Ağakişiyev Səbuhi
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.