Səs
Mühitdə yayılan ixtiyari mexaniki dalğalara səs deyilir. İnsan hiss edən səs dalğaları 16 Hs-dən 20 kHs-ə qədərdir. Bu diapazondan aşağıda ν<16 Hs – infrasəs, yuxarıda ν > 20 kHs – ultrasəsdir.
Səsin xarakteristikaları
Səsin əsas xarakteristikaları - səsin gurluğu və tonudur.
Səsin gurluğu
- Səs dalğasındakı təzyiqin amplitudu ilə müəyyən olunur.
- Ölçü vahidi desibeldir (dB). Belə ki, 0 dB – eşitmə imkanının aşağı həddi, 10 dB – saatın çıqqıltısı, 50 dB – adi söhbət, 80 dB – qışqırtı, 130 dB – eşitmə imkanının yuxarı həddi – ağrıdıcı təsir.
Harmonik rəqs edən cismin buraxdığı səs (kamerton və ya sim) – ton adlanır. Tonun yüksəkliyi səsin rəqs tezliyi ilə müəyyən olunur: tezliyi böyük olan səsin tonu yüksək olur.
Səsin mühitdə sürəti yalnız mühitin xassələrindən asılıdır. Mayelərdə səsin sürəti havada nisbətən kiçik, bərk cisimlərdə isə mayelərə nisbətən böyük olur.
Misal üçün,
- 0°C-də səsin havada sürəti təqribən 340
,
- Səsin suda süəti 1500
,
- Səsin poladda sürəti 5000
.
Səs lokasiyası
Səsin maneələrdən əks olunmasına əks-səda deyilir.
Səs dalğaları vasitəsi ilə maneələrin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsi üsulu – səs lokasiyası adlanır.
Səs lokasiyasının əsas mərhələləri
Səsin maneəyə qədər və maneədən qəbulediciyə qədər ümumi yayıldığı məsafə s = 2r -dir:
s = υt ⇒
2r = υt ⇒
– səs lokasiyası düsturu.
Hiç yorum yok:
Yorum Gönder
Salam.
azfizik.blogspot.com blogu artıq ödənişli fəaliyyət göstərir. İllik abunə haqqı 5 AZN. Ödəniş üçün hesab nömrəsi 5167513348847740 (ABB) Ödənişin qəbzinin şəklini və ya skrinini , qoşulduğunuz telefondakı ( və ya kompüterinizdəki) akountdakı e_poçt ünvanınızı 0503373932 vatsap nömrəsinə göndərin.
Bir sutka ərzində göndərdiyiniz e-poçta blogdan istifadəyə icazə üçün dəvət göndəriləcək. Dəvəti qəbul etdikdən sonra blogdan istifadə edə biləcəksiz. Əks halda növbəti günlərdə bloga girişiniz bloklanacaqdır.
Ödəniş etmiş istifadəçilərin təkrar ödəniş etməyinə ehtiyac yoxdur.